Ukrayna və ABŞ arasında Ukraynanın təhlükəsizlik zəmanətlərinə dair ikitərəfli sənəd faktiki olaraq ən yüksək səviyyədə imzalanmağa hazırdır.
Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Prezidentin sözlərinə görə, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Fransa səfəri çərçivəsində aparılan danışıqların nəticələri barədə məruzə edib:
"ABŞ Prezidenti Donald Tramp ilə ən yüksək səviyyədə yekunlaşdırılması nəzərdə tutulan təhlükəsizlik zəmanətləri üzrə sənəd praktiki olaraq hazır vəziyyətdədir. Danışıqlar zamanı Ukraynanın bərpası və iqtisadi inkişafına dair sənədlər də müzakirə olunub. Müharibənin başa çatdırılması üçün əsas çərçivə ilə bağlı mürəkkəb məsələlər ətrafında fikir mübadiləsi aparılıb və Ukrayna tərəfi sözügedən sənədin yekunlaşdırılması ilə bağlı mümkün variantları təqdim edib".