Venesuela Prezidenti Nikolas Maduronun rəsmi teleqram kanalı onun həyat yoldaşı Siliya Flores ilə birlikdə tutulmasından sonrakı günləri saymaqdadır.
Sitat.info xəbər verir ki, kanal o vaxtdan bəri hər gün cütlüyün fotolarını “Biz onları geri istəyirik” başlığı ilə dərc edir.
Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində ölkə Prezidenti Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb. Cütlük orada hakim qarşısına çıxarılıb.