Livanın Hizbullahı tərksilah etmək üçün göstərdiyi səylər ümidvericidir, amma kifayət deyil.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
"ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında əldə olunan atəşkəs razılaşmasında açıq-aşkar qeyd olunur ki, Hizbullah tamamilə tərksilah edilməlidir. Bu, İsrailin təhlükəsizliyi və Livanın gələcəyi üçün bir məcburiyyətdir”,- Netanyahu vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Livan ordusu ölkənin cənubunda hərbi-texnikaya tam nəzarəti ələ aldığını elan edib.
///apa