Həyəcan siqnalı verən Rusiya təyyarəsi təhlükəsiz eniş etdi

19:36 8 Yanvar 2026

Dubaydan Moskvaya uçan "Utair" şirkətinə məxsus təyyarə texniki problemlər səbəbindən istiqamətini dəyişərək geri dönüb.

Sitat.info xəbər verir ki, təyyarə yerə enməzdən öncə 1,5 saat BƏƏ paytaxtının səmasında dövrə vurub.

 

Bakı vaxtı ilə saat 18:27-yə olan məlumata görə təyyarə yanacaq çəninin boşalması üçün havada dövrə vurduqdan sonra təhlükəsiz şəkildə eniş edib.



Xəbər xətti