Gürcüstan Ermənistanla sərhəddəki yollardan birini yük maşınları üçün bağlayıb.
Sitat.info xəbər verir ki, bu barədə Gürcüstan Yol Departamenti məlumat yayıb.
“Axaltsixe-Ninotsminda beynəlxalq yolunda qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağandır”, - məlumatda deyilib.
Bu qərarın səbəbi kimi çətin meteoroloji şərait göstərilib.