Bu tikinti şirkəti ləğv olunur

15:50 9 Yanvar 2026

Azərbaycanda aparıcı tikinti şirkəti Avant Qrup MMC ləğv olunduğunu elan edib.

Sitat.info bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini şirkətin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 49C ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Avant Qrup" 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manatdır.



Xəbər xətti