Ötən il Azərbaycanda avtoqəzalarda 689 nəfər ölüb - RƏSMİ

17:00 9 Yanvar 2026

2025-ci ildə ölkə ərazisində 1 252 yol-nəqliyyat hadisəsi baş verib.

 
Sitat.info xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin təhlükəsizliyinin təbliği şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev məlumat verib.
 
Onun sözlərinə görə, bu hadisələr nəticəsində 689 nəfər ölüb.
 
Qeyd edək ki, 2024-cü ildə yol-nəqliyyat hadisələrinin sayı 1 427, ölənlərin sayı isə 764 nəfər olmuşdu.



Xəbər xətti