2025-ci ildə Naxçıvan Muxtar Respublikasında 6 erkən və 1 qohum evliliyinin qarşısı alınıb
Sitat.info xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, aidiyyəti qurumlarla birgə Şahbuz rayonu, Gömür kəndində 1, Sədərək rayonu, Sədərək və Dəmirçi kəndlərində 2, Şərur rayonu, Aralıq, Qaraburc kəndlərində 2 və Kəngərli rayonu, Qarabağlar kəndində isə 1 yetkinlik yaşına çatmayan uşağın toy və nişan mərasimlərinin qarşısı alınıb və valideynlərə qanunamüvafiq izahat verilib.
Həmçinin Sədərək rayonu, Dəmirçi kəndində 1 yetkinlik yaşına çatmayan uşağın qohum nikahının qarşısı alınıb.