Qonşunun pul və qızılını oğurlayan şəxs saxlanıldı

18:40 9 Yanvar 2026

Nəsimi rayonunda evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları və nağd pul oğurlanıb.

Sitat.info xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin qonşusu 25 yaşlı R.Allahverdiyeva saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs zərərçəkənin evdən çıxarkən qapının üzərində unutduğu açarı gizlicə götürərək özündə saxlayıb. Daha sonra evdə heç kim olmadığı vaxtda mənzilə daxil olaraq oğurluq edib.

Araşdırma davam etdirilir.



Xəbər xətti