Dövlət Departamentinin təyyarəsi Karakas hava limanına enib

20:24 9 Yanvar 2026

 

ABŞ Dövlət Departamentinin təyyarəsi cümə günü, yanvarın 9-da Karakas hava limanına enib.

Sitat.info xəbər verir ki, bunu “Flightradar”ın məlumatları sübut edir.

Məlumata görə, ABŞ Dövlət Departamentinə məxsus Dash 8-300 turbovintli təyyarə Kurasaonun Villemstad şəhərindən yola düşüb və təxminən 17:35-də Karakasa enib.

Uçuşun məqsədi, eləcə də göyərtədə olanların kimliyi hələ də məlum deyil.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Venesuelanın ABŞ-lə əməkdaşlıq etdiyini və buna görə də bu ölkəyə hücumların ikinci dalğasını dayandırdığını açıqlamışdı.

 

 
 
 



Xəbər xətti