59 yaşlı kişini maşın vurub öldürdü

14:15 10 Yanvar 2026

Ağdaşda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, qəza Yuxarı Ləki ərazisində qeydə alınıb.

Rayon sakini Ramis Hacıyev idarə etdiyi “VAZ 2101” markalı avtomobillə yolu keçən 59 yaşlı Əvəz Şərifovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.



Xəbər xətti