Naxçıvanda qarın hündürlüyü 37 sm-dir

14:43 10 Yanvar 2026

Naxçıvanın Biçənək kəndində qar örtüyünün hündürlüyü 37 sm-ə çatıb.

Sitat.info "Report"a xəbər verir ki, bu barədə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Belə ki, Biçənək kəndində səhər saatlarında zəif qar yağışı yenidən başlayıb. Təzə yağan qarın hündürlüyü 2 sm, ümumi qar örtüyünün qalınlığı isə 37 sm təşkil edir.

Həmçinin gecə saatlarından Parağaçay Qar Uçqunu Stansiyasına qar yağır, qarın hündürlüyü 3 sm təşkil edir.

Qeyd olunub ki, Kükü kəndinə qar yağması dayanıb. Burada təzə qarın hündürlüyü 8 sm, ümumi qar örtüyünün qalınlığı isə 25 sm-ə çatıb.



Xəbər xətti