Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

14:50 10 Yanvar 2026

Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.
 
Sitat.info xəbər verir ki, FHN müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
 
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur:
 
"Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
 
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
 
Təhlükə zamanı 112-yə zəng edin!”



Xəbər xətti