Ödəmə terminallarından oğurluq edən şəxs saxlanıldı

15:20 10 Yanvar 2026

Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində yerləşən maǧazaların birində quraşdırılan ödəmə terminalından pul və tütün məmulatlarının oǧurlanması, həmçinin mağazanın müşahidə kameralarının yaddaş qurğusunun sındırılması barədə polisə məlumat daxil olub.
 
Sitat.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini təqsirli bilinən Nahid Süleymanov saxlanılıb. Onun analoji əməli Bərdə rayonunda yerləşən mağazada da törətdiyi müəyyən edilib.
 
Faktla bağlı Laçın Rayon Polis Şöbəsində cinayət işi başlanılıb .
 
Məhkəmənin qərarı ilə N.Süleymanov barəsində həbs qətimkan tədbiri seçilib.
 
Araşdırmalar davam etdirilir.



Xəbər xətti