İranda baş verən son etiraz aksiyaları zamanı Konstitusiya Müdafiə Şurasının müşahidəçilərindən biri öldürülüb.
Sitat.info Telegraf-a istinadən xəbər verir ki, bu barədə İran Konstitusiya Şurasının sözçüsü Hadi Tahan Nazif ölkədəki son hadisələrlə bağlı danışarkən deyib.
O bildirib ki, Qəzvində Şuranın müşahidəçilərindən biri iğtişaşlar zamanı həyatını itirib.
Tahan Nazif etirazlar zamanı baş verən zorakılıqları və vandalizm aktlarını pisləyərək, hadisələrin arxasında "gizli əllər" və düşmən qüvvələrin dayandığını vurğulayıb.