Londonda İran bayrağı dəyişdirildi - VİDEO

22:56 10 Yanvar 2026

İranın Londondakı səfirliyinin binasının eyvanındakı bayraq inqilabdan əvvəlki İran bayrağı ilə əvəz edilib.

Sitat.info xəbər verir ki, nümayişçilərdən biri bayrağın yerinə 1979-cu il İslam İnqilabından əvvəl rəsmi bayraq olan şir və günəşin təsvir olunduğu bayraq asıb.
Bildirək ki, İran mediası etiraz qruplarının ən azı 200 liderinin həbs olunduğunu bildirir.
 Əməliyyatlar zamanı onların gizləndiyi yerlərdən çoxlu sayda silah, sursat, qumbara və Molotov kokteyli müsadirə edildiyi qeyd olunur.
İranlı Hanzala haker qrupu da Mossadla əlaqəli olduğu iddia edilən 600 şəxsin kimliyini açıqladığını açıqlayıb.
 Onların iğtişaşların təşkilində və etirazların artmasında iştirak etdikləri iddia edilir. Dərc olunmuş hesabatda açıqlanan adlar arasında bir neçə tanınmış ictimai xadimin də olduğu bildirilir.

 



Xəbər xətti