İranda etiraz dalğası daha da genişlənib.
Sitat.info İran mediasına istinadən xəbər verir ki, dünən Kərəc şəhərində keçirilən etiraz aksiyaları zamanı Bələdiyyə binası nümayişçilər tərəfindən yandırılıb. Hadisə zamanı binanın fasadı və daxili hissəsi ciddi şəkildə zədələnib.
Məlumata görə, indiyə qədər 150-dən çox bölgədə etirazçılar hökumət binalarına hücum edərək od vurublar.