Süni intellektlə təxribat cinayət sayılacaq

15:37 3 Aprel 2026

Süni intellektlə təxribat cinayət sayılacaq.

Sitat.info xəbər verir ki, məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Qanun layihəsinə əsasən, təxribat anlayışı genişləndirilir. Belə ki, artıq yalnız müəssisə və obyektlərə deyil, həm də kritik informasiya infrastrukturu, enerji, nəqliyyat və telekommunikasiya şəbəkələrinə qarşı yönələn əməllər də bu maddəyə daxil edilir. Bundan başqa, əhalinin sağlamlığına və ətraf mühitə zərər vurmağa yönəlmiş hərəkətlər də təxribat kimi qiymətləndiriləcək.

Yeniliklərə əsasən, təxribatın törədilmə üsulları sırasına əməli süni intellekt texnologiyalarından və xüsusi proqram təminatlarından istifadə halları da əlavə olunur.

Layihədə eyni zamanda bir sıra yeni ağırlaşdırıcı hallar müəyyən edilir. Bunlara təxribatın mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilməsi, fövqəladə və ya hərbi vəziyyət zamanı, sosial xarakterli fövqəladə mühit rejimi və kütləvi iğtişaşlar şəraitində həyata keçirilməsi daxildir. Həmçinin bu əməlin şəxsin öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi və ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olması da ağırlaşdırıcı hal kimi nəzərdə tutulur.

Bununla yanaşı, təxribatın qarşısının alınmasına yardım edən şəxslərin müəyyən hallarda cinayət məsuliyyətindən azad edilməsi də təklif edilir.

Qanun layihəsinə əsasən, Cinayət Məcəlləsinin 282-ci maddəsi də yeni redaksiyada təqdim olunur. Burada təxribat anlayışı genişləndirilərək kritik informasiya infrastrukturu, enerji, nəqliyyat və telekommunikasiya şəbəkələrinə yönələn əməllər də daxil edilir. Həmçinin süni intellekt texnologiyalarından istifadə etməklə törədilən təxribatlar da məsuliyyətə cəlb ediləcək.

Layihədə təxribatın cinayətkar birlik tərəfindən, fövqəladə və ya hərbi vəziyyət zamanı, eləcə də qulluq mövqeyindən istifadə edilməklə törədilməsi ağırlaşdırıcı hal kimi müəyyən edilir. Ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olan hallara görə də məsuliyyət nəzərdə tutulur.

Eyni zamanda, təxribatın qarşısının alınmasına kömək edən şəxslərin müəyyən hallarda məsuliyyətdən azad edilməsi də təklif olunur.



Xəbər xətti