Rusiya Ukraynaya ən böyük hücumlardan birini etdi

19:50 3 Aprel 2026

Aprelin 3-nə keçən gecə və səhər saatlarında Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib. Belə ki, ölkənin müxtəlif bölgələrinə 579 raket və dron hücumu həyata keçirilib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

 

Hava hücumundan müdafiə qüvvələri 541 hədəfi – 26 raket və müxtəlif tipli 515 pilotsuz uçuş aparatını məhv edib və ya zərərsizləşdirib.



Xəbər xətti