Mirça Luçesku infarkt keçirib, reanimasiyaya yerləşdirilib

19:03 3 Aprel 2026

Ötən gün Rumıniya millisinin baş məşqçi postundan ayrılan Mirça Luçeskunun halı yenidən pisləşib.
 
80 yaşlı mütəxəssis bu səhər infarkt keçirib.
 
Təcrübəli məşqçinin hazırda reanimasiyada olduğu bildirilib.
 
Qeyd edək ki, Mirça Luçesku bir neçə gün əvvəl Rumıniya milli komandasının məşqindən əvvəl huşunu itirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.



Xəbər xətti