İranda SEPAH zabiti öldürüldü

13:30 12 Yanvar 2026

İranda daha bir SEPAH zabiti, sosial mediada və etirazçı dairələrində “cəllad” ləqəbi ilə tanınan Məhdi Rəhimi etirazçılar tərəfindən güllələnərək qətlə yetirilib.

Sitat.info xəbər verir ki, məlumatlara görə, hadisə yanvarın 3-də Məlikşahi şəhərində baş verib. Rəhimi həmin gün SEPAH qüvvələrinə etirazçılara atəş açmaq əmri verməkdə ittiham olunurdu. Yerli mənbələr və şahidlərin bildirdiyinə görə, bu əmrin nəticəsində azı 9 nəfər həyatını itirib.

Hadisədən sağ çıxan bəzi nümayişçilərin sonradan Rəhiminin yaşayış ünvanını müəyyənləşdirdiyi və ona qarşı “ev ziyarəti” adlandırılan qisas hücumu təşkil etdiyi bildirilir. Hücum nəticəsində zabit hadisə yerində ölüb.
 



Xəbər xətti