Şəmkir rayonunda söyüş üstündə bıçaqlanma hadisəsi olub.
Sitat.info Teleqraf-a istinadən xəbər verir ki, rayonunun Dəllər-Cırdaxan kənd sakini 2008-ci il təvəllüdlü Elmir Cəfərov 1986-cı il təvəllüdlü Pərviz Əliyevi bıçaqlayıb.
İlkin məlumata görə, hadisəyə səbəb zərərçəkən şəxsin qarşı tərəfi söyməsi olub.
Bıçaqlanan P. Əliyevin Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.