Trampla təhlükəsizliyi müzakirə etdilər

19:00 12 Yanvar 2026

Meksika Prezidenti Klaudiya Şeynbaum amerikalı həmkarı Donald Trampla telefonla danışıb.

Sitat.info xəbər verir ki, o bu haqda “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“ABŞ Prezidenti Donald Trampla çox məhsuldar söhbətimiz oldu. Biz müxtəlif mövzuları, o cümlədən suverenliyimizə hörmətlə bağlı təhlükəsizlik, narkotiklərin qanunsuz dövriyyəsinin azaldılması, ticarət və sərmayələri müzakirə etdik”, - o yazıb.

Şeynbaum qarşılıqlı hörmət çərçivəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyətin həmişə müsbət nəticələr verdiyini də vurğulayıb.



Xəbər xətti