Zaqatalada ölümlə nəticələnən yol qəzası olub.
Sitat.info xəbər verir ki, qəza rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb.
VAZ-21015 markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 54 yaşlı Seyfəddin Əhmədov ölüb, 36 yaşlı Şahsənəm Zamanova isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.