Xocalıda yanğın törədən şəxs saxlanıldı

17:20 13 Yanvar 2026

Yanvarın 13-də Xocalı rayon Dağyurdu kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

 
Bu barədə Sitat.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalar nəticəsində yanğının Xocalı rayonundakı fermalardan birində çoban işləyən, 1977-ci il təvəllüdlü Babaxan Əhmədovun siqaret kötüyünü yerə atması nəticəsində baş verdiyi məlum olub.
 
Hadisə nəticəsində ümumilikdə 5 hektar sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.
 
B. Əhmədov barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.



Xəbər xətti