"Bundan sonra da “Səkkiz” serialının digər bölümləri yəqin ki, yayımlanacaq”.
Sitat.info xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında "Səkkiz" serialının quruluşçu rejissoru və baş rol ifaçısı Hikmət Rəhimov deyib.
O, əsas məqsədinin layihənin izlənilməsi olduğunu vurğulayıb:
“ARB-nin yayımının mənim çəkdiyim seriala görə dayandırılmasından xəbərim yox idi. İndi bildim.
İnsanların tənqidi, məni müzakirə etməkləri barədə heç bir fikrim yoxdur. Mənim əsas məqsədim serialın izlənməsidir.
Bundan sonra serialın digər bölümləri də yəqin ki, telekanalda yayımlanacaq. Bu suala telekanal daha dəqiq cavab verə bilər. Mən serialı çəkmişəm və kanala təhvil vermişəm”.
Qeyd edək ki, “Səkkiz” serialındakı qeyri-etik ifadələrin yayım zamanı texniki vasitələrlə məhdudlaşdırılmaması Audiovizual Şuranın müdaxiləsinə səbəb olub.
Qurum həmin kadrları “Media haqqında” qanunun tələblərinə zidd sayıb. Nəticədə “ARB” kanalının yayımının 3 saatlıq dayandırılmasına qərar verilib.