Zelenski həmin sənədi Ali Radaya təqdim etdi

18:36 13 Yanvar 2026

Ukrayna Prezidenti Volodimir Zelenski keçmiş rəqəmsal transformasiya naziri Mixail Fedorovun Ukraynanın müdafiə naziri təyin edilməsi haqqında qanun layihəsini Ali Radaya təqdim edib.

Sitat.info xəbər verir ki, sənəd Ukrayna parlamentinin saytında dərc olunub.

“Mən Mixail Fedorovun Ukraynanın müdafiə naziri vəzifəsinə təyin edilməsi barədə vəsatət verirəm”, - sənəddə deyilir.

Qeyd edək ki, bu gün Rada Fedorovun 2025-ci ilin iyulundan tutduğu rəqəmsal transformasiya naziri vəzifəsindən istefasını dəstəkləyib.



Xəbər xətti