Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Qarabağ” yanvarın 16-da Polşanın “Zaqlebie Lubin” klubu ilə yoxlama oyununa çıxacaq.
Sitat.info xəbər verir ki, Ağdam təmsilçisi ilə əldə olunan razılaşmaya əsasən matç TVNET platformasına daxil olan Sport TV kanalı vasitəsilə canlı yayımlanacaq.
Xatırladaq ki, bundan öncə "Qarabağ" Özbəkistanın "Neftçi" komandası ilə yoxlama matçına çıxıb. Ağdam təmsilçisi 5:0 hesabı ilə qalib gəlib.