Məktəb direktoru avtomobillə piyadanı vurdu

20:12 13 Yanvar 2026

Cəlilabadda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 
Sitat.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bədirli kəndində qeydə alınıb.
 
Rayonun Babaxanlı kənd sakini Ziyatay Uruf oğlu Zeynalov idarə etdiyi avtomobillə Bədirli kənd sakini, piyada Xudu Abdulla oğlu Əliyevi vurub. Xəsarət alan piyada təcili tibbi yardım avtomobili ilə xəstəxanaya hospitalizasiya olunub.
 
Həkimlər X.Əliyevin vəziyyətinin ağır olduğunu bildiriblər.
 
Qeyd edək ki, Ziyatay Uruf oğlu Zeynalov Babaxanlı kənd orta məktəbinin direktorudur.
 
Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti