"Qarabağ" klubunun növbəti yoxlama oyunlarının başlama saatı açıqlanıb.
Sitat.info xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Ağdam təmsilçisi yanvarın 16-da "Osiyek" (Xorvatiya) və "Zaqlembe Lyubin" (Polşa) klubları ilə qarşılaşacaq. Birinci qarşılaşma saat 12:00-da, ikinci matç isə 19:00-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni 5 cavabsız qolla üstələyib.