Bakıda qız bıçaqlandı - Anası saxlanıldı

18:13 14 Yanvar 2026

Bakının Sabunçu rayonu Ramana qəsəbəsində qadın bıçaqlanıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Sitat.info-ya bildirilib ki, bu gün saat 11:00 radələrində hadisə ilə bağlı çağırış qeydə alınıb.

Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Yardım briqadası tərəfindən 1 nəfər (qadın) bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 1957-ci il təvəllüdlü F.Vəliyeva saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.

“Teleqraf”ın məlumatına görə, xəsarət alan 1985-ci il təvəllüdlü S.Kazımova anası tərəfindən bıçaqlanıb.



Xəbər xətti