Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın ölkəmizdəki səfiri Yuriy Husyevlə görüşüb.
Sitat.info xəbər verir ki, bu barədə məlumatı Y.Husyev “X” hesabında paylaşıb.
Ukraynalı səfir görüşün məhsuldar keçdiyini qeyd edib: “2025-ci ilin nəticələrini, eləcə də 2026-cı ildə ölkələrimiz arasında strateji tərəfdaşlığımızı daha da gücləndirmək üçün addımları müzakirə etdik. Azərbaycanın Ukraynaya davamlı dəstəyinə görə minnətdaram”.