Prezident təsdiqlədi: Ölkədə dublyaj təkmilləşdiriləcək

18:49 14 Yanvar 2026

2026–2028-ci illərdə filmlərin dublyajı ekosistemi təkmilləşdiriləcək.

Sitat.info xəbər verir ki, bu barədə İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əks olunub.

Bildirilib ki, beynəlxalq təcrübə öyrənilib, mövcud vəziyyət təhlil edilməlidir. Eyni zamanda filmlərin dublyajına dəstək mexanizmləri ilə bağlı təkliflər hazırlanıb və aidiyyəti üzrə təqdim edilməlidir.



Xəbər xətti