İrana aid gəmi Xəzər dənizində qəzaya uğradı

19:32 14 Yanvar 2026

Xəzər dənizində İrana məxsus yük gəmisi qəzaya uğrayıb.

Sitat.info Publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkmənistanın XİN məlumat yayıb.

Məlumata görə, yanvarın 14-də Türkmənistanın Sahil Mühafizə xidmətinə Xəzərdə qəzaya uğramış “Rona” yük gəmisindən SOS siqnalı daxil olub.

Türkmənistanın dövlət qurumları tərəfindən insanların xilas edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Gəmidə olan 14 nəfərin hamısı xilas edilib.

Onlar İran və Hindistan vətəndaşlarıdır.



Xəbər xətti