Dağıstanda 90-a yaxın yaşayış məntəqəsi işıqsız qalıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan Respublikası üzrə regional şöbəsi məlumat yayıb.
Bildirilib ki, elektrik kəsintisi Dağıstanın on rayonundakı 87 yaşayış məntəqəsini elektrik enerjisiz qoyub.
Elektrik mühəndisləri elektrik xətlərindəki qısaqapanmaları, şəbəkənin həddindən artıq yüklənməsi və texniki nasazlıqları əsas səbəb kimi göstərirlər.
Qeyd edək ki, Dağıstanda əlverişsiz hava şəraiti hökm sürür. Respublikanın ərazisində güclü qar və şaxtalı hava müşahidə olunur.
///apa