Uşaqların alimenti ilə bağlı YENİLİK

10:14 15 Yanvar 2026

“Yeni ildən minimum yaşayış səviyyəsinin artması alimentlərin avtomatik yüksəlməsi demək deyil. Azərbaycan qanunvericiliyinə görə aliment məbləği məhkəmə qərarı və ya valideynlər arasında razılaşma ilə müəyyən olunur”.

Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Rəşad Əliyev bildirib.

O deyib ki, aliment konkret məbləğ kimi təyin edilibsə, yaşayış minimumunun artması bu ödənişi avtomatik artırmır:

“Bu halda aliment alan tərəf məhkəməyə müraciət etməlidir. Müraciətdə uşağın xərclərinin artdığı və ümumi həyat bahalaşması əsas göstərilə bilər. Məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq yeni məbləğ müəyyən edir.

Əgər aliment yaşayış minimumuna və ya onun müəyyən faizinə bağlı təyin edilibsə, yeni ildən təsdiqlənən artım aliment məbləğinə də təsir edə bilər. Amma bu yalnız məhkəmə qərarında və ya aliment razılaşmasında açıq şəkildə qeyd olunubsa mümkündür. Köhnə aliment məbləğinin dəyişməsi üçün mütləq yeni məhkəmə qərarı və ya tərəflərin razılaşması lazımdır”.



Xəbər xətti