Avropada təbii qazın qiyməti 390 dollara yaxınlaşıb

13:44 15 Yanvar 2026

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 390 ABŞ dollarına yaxınlaşıb.

Sitat.info  xəbər verir ki, 15 yanvar tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə fevral fyuçerslərinin qiyməti 387,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (383,3 dollar) ilə müqayisədə 1,1% çoxdur.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.



Xəbər xətti