Naxçıvanda bu quruma rəhbər təyin olundu

17:13 15 Yanvar 2026

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini Rövşən Əbülfəz oğlu Sadıxov vəzifəsindən azad edilib. 

Sitat.info xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Sərəncam imzalayıb. 

Digər bir Sərəncamla isə Nihad Xalid oğlu Qurbanov sözügedən vəzifəyə təyin edilib. Həmçinin Agentliyə sədr təyin olunanadək o həmin vəzifənin müvəqqəti icra edəcək.



Xəbər xətti