Füzulidə iki nəfər bədbəxt hadisə nəticəsində ölüb.
Rayon ərazisinə işləmək üçün gedən 49 yaşlı Bayram Hətəmov və onun qardaşı oğlu 28 yaşlı Vüsal Hətəmli onlara məxsus avtomobili işlək vəziyyətdə qoyaraq yatıblar.
Daha sonra avtomobilin qızdırıcısında yaranan karbon monoksid qazı (dəm qazı) onların boğularaq ölməsinə səbəb olub.
Faktla bağlı araşdırma başlanıb.
///Qafqazinfo