“Qarabağ” – “Ayntraxt” matçının biletləri bu tarixdə satışa çıxır

17:52 15 Yanvar 2026

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayntraxt” (Almaniya) oyununun biletləri satışa çıxır.

 

Sitat.info Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlər 16 yanvar, saat 12:00-dan etibarən satışda olacaq.

 

Standart biletlərin qiyməti:

 

10, 15, 25, 35, 40, 50, 75 AZN
 VIP sektorlar: 200, 250, 300 və 400 AZN
 VVIP sektorlar: 1000 AZN

 

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.

 

Klubun açıqlamasında bildirilib ki, saxta biletlərə və digər saytlara aldanmayın. 

 



Xəbər xətti