DTX və XKX-nin bəzi hərbi vəzifəliləri xüsusi uçota alınacaqlar

19:13 15 Yanvar 2026

Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti tərəfindən çağırışdan möhlət hüququ verilmiş hərbi vəzifəlilər həmin orqanlarda xüsusi hərbi uçota götürüləcək.

Sitat.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, DTX və XKX hərbi qeydiyyatında olan hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırışı və mülki heyət vəzifələrində işləmək üçün göndərilməsi həmin orqanlar tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək.



Xəbər xətti