Türkiyə xarici işlər naziri Hakan Fidan yanvarın 16-da Litvaya səfər edəcək.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə XİN-i məlumat yayıb.
Bildirilib ki, Hakan Fidan səfər çərçivəsində Litva, Estoniya və Latviya xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək dördtərəfli toplantıda iştirak edəcək. Həmçinin Litva rəsmiləri ilə görüşlər keçirəcək.