Polşa Ukraynaya MiQ-29 qırıcı təyyarələri təhvil verməyə hazırlaşır

19:52 15 Yanvar 2026

Polşa Ukraynaya özünə məxsus MiQ-29 qırıcı təyyarələrindən doqquzunu təhvil verməyi planlaşdırır.
 
Bunu Polşanın müdafiə nazirinin müavini Pavel Zalyevski "TVP World” telekanalına açıqlamasında bildirib.
 
Zalyevski qeyd edib ki, hazırda müzakirələr tamamilə texniki xarakter daşıyır və Ukrayna Müdafiə Nazirliyinin cavabı gözlənilir. Nazir müavini Ukraynanın təklifi qəbul etdiyini və ilkin mərhələdə təhvil veriləcək təyyarələrin sayının "10-dan az” olacağını bildirib.
 
"Düşünürəm ki, ukraynalılar təklifi qəbul ediblər. Əlbəttə, bəzi texniki məqamlar hələ dəqiqləşdiriləcək,” – o əlavə edib.
 
///apa



Xəbər xətti