Samuel Eto'o bu hərəkətinə görə cəzalandırıldı

20:50 15 Yanvar 2026

Kamerun Futbol Federasiyasının prezidenti, əfsanəvi futbolçu Samuel Eto'o Afrika Millətlər Kuboku zamanı nümayiş etdirdiyi qeyri-etik davranışa görə sərt cəzalandırılıb.

Sitat.info xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

 

Hadisə turnirin 1/4 final mərhələsində, Kamerun yığmasının Mərakeşə 0:2 hesabı ilə uduzduğu qarşılaşmada baş verib. Məlumata görə, 44 yaşlı Eto'o hakimlərin qərarlarından narazı qaldığı üçün Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti Patris Motsepenin yanında qəzəbli və qeyri-idman jestləri edib.

CAF-ın İntizam Komissiyası məsələni araşdıraraq Samuel Eto'onu idman davranışı prinsiplərini pozmaqda təqsirli bilib. Qərara əsasən, federasiya prezidenti dörd oyunluq diskvalifikasiya edilib və o, 20 min dollar məbləğində cərimələnib.

Xatırladaq ki, bu, S. Eto'onun federasiya prezidenti kimi ilk intizam cəzası deyil. Belə ki, o, daha əvvəl də hakimlərə təzyiq və etik qaydaların pozulması iddiaları ilə gündəmə gəlmişdi.

 

 
 
 



Xəbər xətti