İran sərhədi boyunca təhlükəsizlik infrastrukturunun tikintisi başa çatıb.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
"İranla sərhəd təhlükəsizliyinin gücləndirilməsi çərçivəsində yüzlərlə müşahidə qülləsi quraşdırılıb, yüzlərlə kilometr uzunluğunda modul beton divarlar tikilib və sərhəd xəndəklərinin qazılması işləri tam başa çatib", - məlumatda qeyd olunub.
Bildirilib ki, İranla 560 kilometrlik sərhədin təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görülüb.
Bununla yanaşı, sərhədin fiziki təhlükəsizlik sisteminin gücləndirilməsi çərçivəsində İran sərhədi boyunca 203 elektro-optik sistemin quraşdırıldığı və 380 kilometr modul divarların tikildiyi bildirilib.
Eyni halda, bölgədə dron sistemlərindən istifadə edərək kəşfiyyat və müşahidə uçuşlarının da davamlı olaraq həyata keçirildiyi qeyd olunub.