Masazırda köməksiz vəziyyətdə qalan uşaq xilas edildi

20:00 16 Yanvar 2026

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Masazır kəndində 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Sitat.info xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

///axar.az



Xəbər xətti