Rusiyada güclü zəlzələ oldu

14:13 17 Yanvar 2026

Rusiyanın Kamçatka bölgəsində 5,8 maqnitudalı zəlzələ baş verib.

 

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

 

 
Məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatsak şəhərindən 190 kilometr aralıda, hiposentri (yeraltı ocağı) isə 39 kilometr dərinlikdə olub.
 
Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur.



Xəbər xətti