Suriya Prezidenti Əhməd əl-Şaraa ölkədə yaşayan kürdlərin hüquqlarını qorumağa yönəlmiş yeni fərman imzalayıb.
Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, sənəddə kürdlərin Suriya cəmiyyətinin ayrılmaz hissəsi olduğu vurğulanır və ilk dəfə olaraq kürd dili rəsmi dövlət dili kimi tanınır.
Fərmana əsasən, kürdlərin sıx yaşadığı bölgələrdə məktəblərdə kürd dili tədris ediləcək.
Bundan başqa, 1962-ci il siyahıyaalınmasında vətəndaşlıqdan məhrum edilən kürdlərə vətəndaşlıqlarının bərpası hüququ verilib. Eyni zamanda, kürdlərin milli bayramı sayılan və hər il 21 martda qeyd olunan Novruz artıq rəsmi bayram statusu alıb.