İtaliyada Rusiyaya məxsus yükü daşıyan gəmi saxlanıldı

16:00 17 Yanvar 2026

İtaliyanın Brindizi limanında içərisində 33 min ton metal yükü olan gəmi ələ keçirilib.

Sitat.info xəbər verir ki, bu barədə İtaliya Maliyyə Qvardiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, kiçik okean adası ölkələrindən birinin bayrağı altında üzən gəmi Rusiyadan metal yükü ilə yaxalanıb. Yoxlama zamanı məlum olub ki, gəmi 13-16 noyabr tarixlərində Novorossiysk limanında olub.

 

Həbsin səbəbi AB-nin Ukrayna müharibəsi ilə əlaqədar Rusiyaya idxal və ixracı qadağan edən sanksiyalarıdır.



Xəbər xətti