“Karvan-Yevlax” qalmaqal yaşadığı məşqçiyə təzminat ödədi

17:50 19 Yanvar 2026

 

"Karvan-Yevlax” ötən ilin noyabr ayında yollarını ayırdığı Azər Həşimovla bağlı öhdəlikləri yerinə yetirib.

Sitat.info xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

“Son bir neçə ay ərzində klubumuzla baş məşqçi arasında mövcud müqavilə şərtləri və əməkdaşlığın davamı ilə bağlı danışıqlar aparılsa da, tərəflər arasında razılıq əldə olunmayıb. Aparılan müzakirələrin yekununda isə qarşılıqlı anlaşma əsasında kompensasiya məbləğinin ödənilməsi ilə razılaşma əldə edilib və müqaviləyə xitam verilib. 

Eyni zamanda baş məşqçi heyətində yer alan köməkçi məşqçilərlə də qarşılıqlı razılıq əsasında müqavilələrə xitam verilməsi barədə razılaşma əldə olunub. Klub olaraq bütün öhdəliklərimizi yerinə yetirmişik”, - məlumatda qeyd olunub.

 

 
 
 



Xəbər xətti